Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Nüsrət Kəsəmənli - Mənə Biraz Ondan Danış | Текст песни

Mənə biraz ondan danış,
Azda olsa yaşat məni.
Çox dolmuşam için-için,
Biraz ağlat boşalt məni,
Yaman sıxır həyat məni...

Mənə biraz ondan danış.
Duruşundan, yerişindən,
Şirin-şirin gülüşündən,
Gəlişindən, gedişindən.
Bacardıqca hər işindən,
Nə bilirsən, axır çalış,
Mənə biraz ondan danış...

Başın necə qatmağından,
İstəyinə çatmağından.
Hər gün biraz öldüyümdə,
Gecə rahat yatmağından
Məni necə atmağından,
Mənə biraz ondan danış...

Söylə neynir can yoldaşım?
Qısqançlıqdan coşum daşım.
Qoy lap quru söznənsə də,
Özümü itirim ... Çaşım...
Ona yenə yaxınlaşım
Mənə biraz ondan danış...

Danış təbim dilə gəlsin.
Hər bir sözü bağrım dəlsin.
Qoy içkisiz, qoy içmədən,
Ruhum biraz məzələnsin,
Xatirələr təzələnsin
Mənə biraz ondan danış...

Qaytar mənə xətir məni,
Qaytar mənə gətir məni.
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni.
Danışdıqca bitir məni
Mənə biraz ondan danış...

Hicran pozub düzənimi.
Sarıb şeir qəzəlimi,
De ki, təsəllim öpməkdi,
Ondan yazan öz əlimi.
Görərsənsə gözəlimi,
ONA BIRAZ MƏNDƏN DANIŞ…

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-